“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib
10.05.2025 - 16:33
Misli Premyer Liqasında, I Liqada, həmçinin II Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasında David Qomisin, I Liqada İbrahim Əliyevin, II Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.
Qeyd edək ki, II Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.
- Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
- ÇL: Van Deyk unikal göstəriciyə imza atıb
- Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"
- Valdas Dambrauskas: "Belə şeylərə sərf edəcək enerjim yoxdur"
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
0
0