Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, 2025-ci ilin 25-31 avqustunda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.
Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi dünya çempionatında təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçularımızın Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.
- Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nakaut edib
- Nigeriya uduzdu, məşqçisi açıqladı: "Bizə cadu etdilər"
- “Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub
- Şimanski 3 həftə meydandan uzaq qalacaq
- Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşüb