Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Haiti (22 mart) və Belarusla (25 mart) keçiriləcək yoxlama oyunları üçün millinin heyətini açıqlayıb.
Apasport.az xəbər verir ki, heyətə 25 futbolçu cəlb olunub. Onlardan 4-ü ilk dəfə əsas milliyə çağırıblar.
Bunlar "Qəbələ"dən Şahin Şahniyarov, "Sabah"dan Xəyal Əliyev və Rəhman Daşdəmirov, "Neftçi"dən isə Ağadadaş Salyanskidir.
Həmçinin Santuş yığmaya uzun müddət sonra ilk dəfə Birinci Liqadan oyunçu dəvət edib.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.
- "Mançester Yunayted" son 11 ildə ilk dəfə avrokuboklardan kənarda qalıb
- "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- "Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır
- Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...”