Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu
18.06.2025 - 14:15
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Ağdam klubu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təmsilçimiz ilk oyuna səfərdə, cavab oyununda isə doğma azarkeşləri qarşısında çıxacaq.
Qeyd edək ki, II təsnifat mərhələsində ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.
- Arda Güler İtaliya yolunda
- "Əl-Əhli" futbolçusu Merih Demiralın müqaviləsini uzatmaq istəyir
- “Fənərbaxça” və “Qalatasaray” yarışda: "Yuventus"un futbolçusu uğrunda mübarizə
- "Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
0
0