
"İlk olaraq bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Federasiya rəhbərliyini, əməyi olan hər kəsi təbrik edirəm. Möhtəşəm qələbədir. Bu hissləri yaşamaq lazımdır".
Apasport.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib. Dünya çempionatının finalında Macacarıstana qalib gəldikləri oyundan sonra (4:2) Quliyev jurnalistlərin suallarını cavablandırıb:
- Bundan əvvəlki çempionatda Macarıstana məğlub olmuşduz. Bu oyunu qisas kimi dəyərləndirmək olar?
- Qisas deməyək. Bu, futboldur, udmaq da olur, uduzmaq da. Qismət bu günə imiş.
- Böyükhesablı qələbə gözləyirdiz?
- Əslində bütün matçlara belə templə başlayırdıq. Bəzi oyunlarda axırıncı zərbələrimiz alınmırdı. Bu gün alındı. Ona görə də böyük hesab qeydə alındı.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik"
- Saka "Arsenal"ın ən çox maaş alan oyunçusu olacaq
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- Joze Mourinyo: "Ümid edirəm ki, ağlımdan keçənləri demərəm”