Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub
19.06.2025 - 13:51
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
- “Liverpul” Virtzə illik 22 milyon ödəyəcək
- Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- "Qalatasaray" Osimhendən sonra Edersonu da İstanbula gətirir - Detallar
- Mourinyo cəzalandırılmadı, "Qalatasaray"ın qapıçısı isə..
0
0