Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Parisdə keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Paralimpiyaçı (S10) qarışıq kateqoriyalardan olan gənc paraüzgüçülər ilə birlikdə çıxış etdiyi 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1:00.90, 100 metr məsafəyə kəpənək üsulla üzməkdə isə 1:04.60 nəticə göstərərək şəxsi rekordunu yeniləyib.
Mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatan Ə.Vəliyev həmçinin ilk dəfə beynəlxalq yarışda 400 metr məsafəyə sərbəst üsulda gücünü sınayıb.
- Şükürov sərt danışdı: "O bisavadlar uşaqlara nə öyrədəcəklər?" - Açıqlama
- Elmar Baxşıyev onları komandada saxladı - Rəsmi
- "Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir
- "Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub
- Danışılmış oyunlarla bağlı seminar keçirilib