"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb
05.05.2025 - 09:33
"Qarabağ"ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Konfrans Liqasının 1/4 final cütlükləri
- "Napoli" PSV-nin hücumçusunu 25 milyon avroya alıb
- Sabiq "Neftçi"li Birinci Liqa klubunda
0
0