“İmişli” klubu Premyer Liqanın son turunda “Qəbələ” ilə keçirilən qarşılaşmanın hakim idarəçiliyindən narazıdır.
Apasport.az xəbər verir ki, klub bu barədə sosial media hesabında paylaşım edib.
Komanda matçın 59-cu dəqiqəsində Ronaldo de Souzanın topa qolu ilə toxunduğu anların görüntüsünü yayımlayıb.
"Qəbələ" qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun həmin vaxt əl ilə oyuna görə cərimə zərbəsi təyin etməməsindən narazı qalıb. Klub oyundan 2 gün keçsə də, məsələyə hələ də aydınlıq gətirilmədiyinə diqqət çəkib:
"Görəsən, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker bu epizodu görüb? Oyundan 2 gün keçib amma hələ də epizoda aydınlıq gətirməyib".
Qəbələ təmsilçisi baş verən mübahisəli epizodun görüntülərini yayımlayıb:
- "Qalatasaray"dan Osimhen açıqlaması: "Heç kim bizi ələ sala bilməz"
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- İtaliya çempionatında günün nəticələri: “Komo”dan darmadağın
- "Çelsi" "Real"ın qapıçısını almaq istəyir
- "Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb