"Qəbələ" Premyer Liqada 200-cü dəfə məğlub olub
27.10.2025 - 10:52
"Qəbələ" Premyer Liqada 200-cü dəfə məğlub olub.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" Misli Premyer Liqasının IX turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzub.
Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. "Qəbələ" Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız "Kəpəz", "Turan", "Şamaxı", "Neftçi" və "Sumqayıt" daha çox görüşdə xalsız qalıb.
Qeyd edək ki, "Qəbələ"nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də "MKT-Araz"la səfər matçına təsadüf edib – 1:4.
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- AFFA U-13 Qızlar Liqasının qalibləri mükafatlandırılıblar
- Messi DÇ-2026-da iştirak edəcək? - Skaloni açıqladı
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- Avropa nəhəngi Viktor Osimheni istəyir
0
0