AFFA-nın təşkilatçılığı ilə aprelin 26-27-də Qubada 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq.
İştirakçılar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günündə qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin reallaşmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.
- Şahin Diniyev: ""Neftçi" yığdığı heyətə görə nəyəsə nail ola bilər"
- KL: “Araz-Naxçıvan” - “Aris” oyununun başlama saatı açıqlanıb
- Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"
- Benjamin Şeşko “Mançester Yunayted”də məşqlərə qayıdıb
- "Arsenal" ispaniyalı yarımmüdafiəçi üçün danışıqlara başlayıb