Rövşən Hüseynli millidən ayrıldı
06.03.2025 - 14:31
Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.
Qeyd edək ki, martın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Zidan Hümbətov “Adriatik incisi”nə qələbə ilə başlayıb
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- "Liverpul" "Real Madrid" ulduzu üçün 130 milyon avro xərcləməyə hazırdır
- "Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb
- Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub: "Həkimin mənə yazdığı..."
0
0