Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 400-cü qolu vurub.
2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.
“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.
Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.
Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/12 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.
- Karateçimiz Çində gümüş medal qazanıb - YENİLƏNİB
- Avropa Liqasının finalının ən yaxşı oyunçusu müəyyənləşib
- "Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub
- "Qalatasaray"ın yeni transferi Asprilla İstanbula yola düşüb - VİDEO
- Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi