“Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
17.12.2025 - 14:14
“Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir

Misli Premyer Liqasında ev oyunları üzrə orta azarkeş sayı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb

Statistik göstəricilərə əsasən, “Turan Tovuz” PFK bu göstəricidə liqanın ən yüksək nəticəsinə sahib olan klubdur.

Tovuz təmsilçisinin ev oyunlarını orta hesabla 4361 azarkeş tribunadan izləyib.