"Turan Tovuz”un futbolçusu üçün əlamətdar görüş
26.05.2025 - 12:36
"Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Onun yubileyi Misli Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.
24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/2020 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.
Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.
- "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
- Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
- “Trabzonspor”da itki: Rayyan Baniya əməliyyat olunacaq
- "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi
- I Liqada son 10 mövsümün bombardirləri
0
0