UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün rəmzi komandasını açıqlayıb.
Apasport.az xəbər verir ki, heyətdə PSJ-dən 7, “Barselona”dan 2, “Arsenal” və “İnter”dən isə 1 oyunçu yer alıb.
Qapıçı: Canluici Donarumma (PSJ).
Müdafiəçilər: Nuno Mendeş (PSJ), Alessandro Bastoni (“İnter”), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ).
Yarımmüdafiəçilər: Rafinya (“Barselona”), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Lamin Yamal (“Barselona”).
Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ).
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Paris klubu turnirin finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək çempion olub.
- Boksçularımız Avropa çempionatına hazırlığı Kastamonuda davam etdirəcəklər
- Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
- Ceyhun Sultanov: "Qarabağ" istənilən rəqibdən xal ala bilər"
- Renat Dadaşovun qələbə qolu - VİDEO
- "Neftçi"nin tarixində ilk: Emin 200-cü oyuna çıxıb