Xəbər verdiyimiz kimi, "Tottenhem" və "Mançester Yunayted" Avropa Liqasının finalında rəqib olublar.
Apasport.az xəbər verir ki, hər iki komandanın Premyer Liqada Çempionlar Liqası zonasına düşmək şansı yoxdur.
Bu səbəblə yeni mövsümdə Çempionlar Liqasında 6 komanda iştirak edəcək.
Daxili çempionatda "Liverpul"un ÇL-ə vəsiqə qazandığı dəqiqləşib. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır. Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.
Qeyd edək ki, Avropa Liqasının finalında qələbə qazanan komanda yeni mövsümdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edəcək.
- Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
- “Fiorentina” son 10 ilin ən yaxşı mövsümünü keçirib
- “Tottenhem” Omar Marmuşla maraqlanır