"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının "Reyncers"lə cavab oyunundan sonra mətbuata açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı penaltilər seriyasında məğlub olduqları görüşü belə dəyərləndirib:
“Oyun baxımından biz daha üstün idik. Ümid edirəm ki, ağlımdan keçənləri demərəm, çünki cəzalanmaq istəmirəm. Avropada bu mövsüm baş verənlərin sadəcə bəxtlə əlaqəli olduğuna ümid edirəm. “Lill”lə oyunda 120-ci dəqiqədə penalti, “Mançester Yunayted”lə oyun, indi də bu görüş…
Oyunçularım üçün çox məyusam. Mən dəfələrlə çempionluq yaşamışam.. Amma futbolçularım bunu yaşaya bilmədi. Çox üzgünəm. VAR hakimi bu gecəni səssiz keçirdi. Böyük ehtimal, milli fasilədən sonra böyük bir oyunda olacaqlar. Lakin biz məyusuq, buna layiq deyildik”.
Qeyd edək ki, “Fənərbaxça” ilk oyunda 1:3 hesabıyla məğlub olub və cavab görüşündə 2:0 hesablı qələbə qazandığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan “Reyncers” 1/4 finala vəsiqə qazanıb.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
- "Fənərbaxça" - "Qalatasaray" matçı Madrid derbisindən daha maraqlıdır"
- Arda Turan rəqib məşqçiyə hücum çəkdi - VİDEO
- “Neftçi” – “Turan Tovuz” matçının təyinatları açıqlanıb