"Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb
04.11.2025 - 16:38
UEFA Avropa Liqasının dördüncü həftəsində "Fənərbaxça" Çexiyanın "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq.
Apasport.az UEFA-ya istinadla xəbər verir ki, qarşılaşmanı niderlandlı referi Allard Lindhout idarə edəcək.
Lindhata Niderland Futbol Assosiasiyasından Rogier Honiq və Yohan Balder kömək edəcək.
Matçın dördüncü hakimi isə Yannik Van Der Laan olacaq.
"Samsunspor" - "Hamrun Spartans" matçı isə qazaxıstanlı hakim Bulat Sarıyevə tapşırılıb.
Sarıyevin köməkçiləri Qazaxıstan Futbol Federasiyasından Sergey Vasyutin və Denis Labaşov, matçın dördüncü hakimi isə Arman İsmuratov olacaq.
- Baş məşqçi oyun zamanı huşunu itirib
- "Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib
- Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən futbolçu Rusiya klubunda
- Martinezin yerinə Ter Ştegen: Danışıqlar başlayıb
- Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb
0
0