Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 10, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
7 gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlər – Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilinqa (Braziliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vazquesin (Kuba) dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.
- Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”
- "Fənərbaxça" Şimanskinin transfer haqqını təyin edib
- "Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava - FOTO