Əli Abdullayev beynəlxalq turnirdə yarımfinala yüksəlib
14.03.2025 - 12:54
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.
- 5 cüdoçumuz Gürcüstanda tatamiyə çıxacaq
- Azərbaycanlı güləşçi 48 aylıq diskvalifikasiya edilib
- Ceyhun Sultanov: "Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur"
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- Fiziev UFC 325-də oktaqona çıxacaq – rəqib braziliyalı Ruffydir
0
0