Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
54 kq çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. Boksçumuz rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.
Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Astana Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
- NBA: “Boston Seltiks” və “Los-Anceles Leykers”dən qələbə
- Prokurorluq Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı açıqlama yayıb
- İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır