Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
O, finalda Özbəkistan təmsilçisi Şaxram Əhədov ilə üz-üzə gəlib. Görüş Hidayətin qələbəsi ilə başa çatıb. O, qızıl medal qazanıb.
Bu, Azərbaycanın turnirdəki ilk qızıl medalı olub.
Qeyd edək ki, bu gün keçirilən yarışları 4 cüdoçumuz medalla başa vurub - Hidayət Heydərov qızıl, Könül Əliyeva gümüş, Aydan Vəliyeva və Ruslan Paşayev isə bürünc medal qazanıblar.
- Qış transfer dönəmində ən çox pul xərcləyən komandalar - Siyahı
- "Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib
- "Real Madrid" Rodriqonun transfer qiymətini açıqlayıb