Qubada Avropa Kuboku start götürüb
03.05.2025 - 11:25

Mayın 3-də Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır.
Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.
İlk yarış günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Quba Avropa Kubokuna sabah yekun vurulacaq.
0
0