İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
- “Yuventus” Spalletti ilə müqaviləni uzatmaq istəyir
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- Millimiz 1/8 finalda son dünya çempionu ilə qarşılaşacaq
- Felipe Santos: "Çətin ki, "Araz-Naxçıvan"da qalım" - Müsahibə