"Sumqayıt" 2025-ci ildə ilk qolunu vurub.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi buna Misli Premyer Liqasının XXVI turunun “Kəpəz”lə matçında nail olub.
Komanda bununla da, 11 oyunluq uğursuz seriyaya son qoyub. Belə ki, "Sumqayıt" sonuncu dəfə 2024-cü il dekabrın 8-də fərqlənib.
"Neftçi" ilə matçda (2:0) son nöqtəni Cordan Rezabala qoyub. Həmin görüşdən sonra "bənövşəyilər" 92 gün rəqib qapısının torunu silkələyə bilməyib.
3 ay 2 günlük uğursuzluğu "Kəpəz"lə oyunun 20-ci dəqiqəsində Roi Kehat sonlandırıb.
Qeyd edək ki, "Sumqayıt" bu mövsüm 26 matçda 16 dəfə fərqlənib.
- Sane Səudiyyə Ərəbistanı klubunu rədd edib - "Bavariya"da qalmaq istəyir
- "Turan Tovuz" kapitanına qovuşur - Qayıdacağı vaxt bəlli oldu
- Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi
- Taekvondoçumuz Afinada gümüş qazanıb
- Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb