“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.
Apasport.az xəbər verir ki, artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur.
Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb.
“Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb.
Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, yarışa mayın 17-də yekun vurulacaq.
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
- Rebrov: "Niyə Azərbaycan öz millisinə qiymət vermir?"
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
- Füzuli Məmmədov: "Qarabağ" bu cür rəqiblərə öyrəşib" - Açıqlama
- “Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb