Yeniyetmə oğlan voleybolçulardan ibarət Azərbaycan millisi (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.
Apasport.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.
İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
Qeyd edək ki, yığma bu il Azərbaycanda keçiriləcək III MBD Oyunlarında iştirak edəcək.
- AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat alıb
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- İstanbula səfər edən “Reyncers” azarkeşi yol qəzasında vəfat edib
- "Liverpul" yeni müdafiəçi üçün 47 milyon avro ödəyəcək
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir