Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu gün komandamız bu məqsədlə Sloveniyaya yola düşüb.
Yığmamız burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçularımız Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandamızın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.
Qeyd edək ki, yığmamız ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblərimiz Macarıstan və Sloveniya komandaları olacaq.
- Mbappe qol vurduğu 21 oyundan 19-da "Real Madrid" qələbə qazanıb
- “Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub
- Bu gün Yüksək Liqada XV turun oyunları keçiriləcək
- Dünya çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib