Afrika Millətlər Kuboku öncəsi Kamerun millisinin heyətinə çağırılmayan Vinsent Abubakar barədə gözlənilməz iddia gündəmə gəlib.
Apasport.az “The Sun”a istinadla xəbər verir ki, Kamerun Futbol Federasiyasının prezidenti və milli komandanın əfsanəvi hücumçusu Samuel Eto Abubakarı qəsdən heyətə salmayıb.
İddiaya əsasən, Eto millinin bombardirlər siyahısında öz rekordunun qırılmasının qarşısını almaq üçün belə addım atıb.
Qeyd edək ki, Eto Kamerun yığmasının tarixində ən çox qol vuran futbolçudur, Abubakar isə ondan cəmi 11 qol geri qalır.
Kamerun Futbol Federasiyası iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
- U-17 yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- "Qalatasaray" - "Fənərbaxça" derbisini bu hakim idarə edəcək - Rəsmi
- İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu
- Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar