"Barselona" "Şaxtyor"un yarımmüdafiəçisinə elçi düşüb
11.03.2024 - 13:58
Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Barselona" maraqlanır.
Məlumata görə, futbolçu da La Liqaya keçmək istəyir.
Xatırladaq ki, daha əvvəl mətbuatda futbolçu ilə “Liverpul”un da maraqlandığı xəbəri yayılmışdı.
Qeyd edəki ki, ukraynalı bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
- "Fənərbaxça"dan növbəti transfer: Müdafiə xəttinə
- "Qalatasaray" "Fənər"in 2 üzvünü TFF-yə ŞİKAYƏT ETDİ
- Qış transfer dönəmində ən çox pul xərcləyən komandalar - Siyahı
- Yığma komandamız bu gün seçmə mərhələdə ikinci oyununu keçirəcək
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
0
0