"Çelsi"nin hücumçusu Kristofer Nkunku "Bavariya"nın radarına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Münhen klubu fransalını yanvarda heyətinə qatmaq istəsə də, transfer şərtləri ilə bağlı razılığa gələ bilməmişdi. "Mavilər" futbolçunun keçidindən ən az 60 milyon avro qazanc əldə etmək istəyirdilər.
Məşhur insayderin sözlərinə görə, hazırda futbolçunun bazar dəyəri xeyli aşağı düşüb və Bundesliqa nəhəngi hələ də forvardı almaq imkanını nəzərdən keçirir.
Kristofer Nkunku "Çelsi"dəki çıxışından narazıdır və klubu dəyişmək istəyir.
“Transfermarkt” portalı 27 yaşlı futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
- PSJ ulduz futbolçusu ilə 5 illik müqavilə imzalayacaq
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb
- "Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb
- Çempionlar Liqasının yeni mövsümündə 6 ingilis klubu çıxış edəcək
- Ceyhun Sultanov: "Qarabağ" istənilən rəqibdən xal ala bilər"