“Bavariya” "Leyptsiq"i darmadağın etdi – 5:1
17.01.2026 - 23:28
“Bavariya” "Leyptsiq"i darmadağın etdi – 5:1

Almaniya Bundesliqasında keçirilən oyunda "Bavariya" səfərdə "Leyptsiq" üzərində inamlı qələbə qazanıb.

Apasport.az xəbər verir ki, görüş ev sahiblərinin erkən qoluyla başlasa da, münhenlilər qısa zamanda üstünlüyü ələ alıblar. Matç “Bavariya”nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları Serj Qnabri (50), Harri Keyn (67), Yonaatan Ta (82), Aleksandar Pavloviç (85) və Mixael Olise (88) vurublar.

“Leyptsiq”in yeganə qolunun müəllifi isə Romulo Kardozo olub (20).