"Benfika" "Fənərbaxça"nın təklifinə cavab verməyib
09.08.2025 - 16:49
Xəbər verdiyimiz kimi, "Fənərbaxça" "Benfika"da forma geyinən Kerem Aktürkoğlu üçün rəsmi təklif göndərib.
İstanbul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün Lissabon klubuna 22,5 milyon avro təklif edib.
Apasport.az xəbər verir ki, Portuqaliya klubu türklərin təklifini hələ gözlədir. Belə ki, onlar "sarı-lacivərdlilər"in təklifini rədd etməyib, nə də müsbət geridönüş etməyib.
Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, Kerem Aktürkoğlu ötən mövsüm "Qalatasaray"dan Portuqaliya təmsilçisinə 12 milyon avroya transfer olunmuşdu.
- Boksçumuz Gürcüstanda gümüş medal qazanıb
- Oğuz Aydın Rusiya klubunun hədəfində
- "Fənərbaxça"dan açıqlama: Çağlar Söyüncünün əzələsində qanaxma aşkarlanıb
- "Real Madrid" daha bir futbolçu ilə müqavilə imzalayacaq - yayın son transferi
- Cüdoçularımızın "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib
0
0