"Benfika" Orkun Kökçü transferinin detallarını açıqlayıb
12.07.2025 - 21:21
Xəbər verdiyimiz kimi, "Beşiktaş" "Benfika"dan Orkun Kökçünü transfer edib.
Apasport.az xəbər verir ki, "Benfika" Kökçü transferinin detallarını açıqlayıb.
Portuqaliya klubunun verdiyi açıqlamaya görə, yarımmüdafiəçi məcburi alış variantı ilə icarəyə götürülüb.
Transfer bonuslarla birgə 30 milyon avroya başa gəlib.
2024/25 mövsümündə "Benfika"nın heyətində bütün yarışlarda 55 matça çıxan 24 yaşlı yarımmüdafiəçi 12 qol vurub, 11 məhsuldar ötürmə edib.
- UEFA "Barselona"nı cəzalandıracaq - Xalları silinə bilər
- "Fiorentina" Konfrans Liqası matçını neytral meydanda keçirəcək
- Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok
- FIFA VAR-ın səlahiyyətlərini artırır: 2026 Dünya Kubokunda yeni qaydalar
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
0
0