“Benfika” klubu Portuqaliya çempionatında keçirilən son oyundan sonra hakim idarəçiliyindən narazı qalıb.
Apasport.az xəbər verir ki, Lissabon təmsilçisi rəsmi açıqlamasında hakim səhvləri ucbatından iki xal itirdiklərini bildirib:
“Artıq bəsdir! Hakim səhvlərinə görə yenə xal itirdik. Hətta Qadınlar Futbol Liqasında belə hakimlər bizə qarşı işləyir. Vurduğumuz qol ofsayt olmadığı halda ləğv edildi. Qazanmalı olduğumuz oyun bərabərliklə başa çatdı. "Sportinq" isə yenidən hakimlərin köməyi ilə məğlubiyyətdən xilas oldu”.
Qeyd edək ki, Portuqaliya Liqasının XIII turunda keçirilən "Benfika" - "Sportinq" görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
- “Sabah” kollektivi uşaq sığınacağında - FOTO
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib