"Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır
27.05.2025 - 08:56
“Strasburq”un hücumçusu Emanuel Emeqa karyerasını Londonun “Çelsi” klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, "mavilər" niderlandlının transferini bu yay tamamlamağı planlaşdırır.
Emeqa Liqa 1-də 27 matçda iştirak edib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" 22 yaşlı forvardın dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
- Əfsanə futbolçu "Zirə"nin rəqibinə baş məşqçi təyin edilib
- Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub
- PSJ 3 cavabsız qolla zirvədə möhkəmlənib
- Vlahoviç və “Fənərbaxça” hekayəsi yenə gündəmdə: Elə qiymət oxudular ki...
- Branimir Subaşiç: "Fernandu Santuş işinin öhdəsindən gələ bilmir" - Müsahibə
0
0