"Çelsi" Premyer Liqa forvardı üçün 60 milyon avro ödəyəcək
23.05.2025 - 09:37
Londonun "Çelsi" klubu "Brayton"un hücumçusu Joao Pedro üçün transfer təklifi edəcək.
Apasport.az “Mail Sport” nəşrinə istinadla xəbər verir ki, "mavilər"in rəhbərliyi braziliyalı ilə bağlı "qağayılar"la danışıqlara başlamaq qərarı alıb.
Mənbənin məlumatına görə, “Çelsi” 23 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq (təxminən 60 milyon avro) təklif etməyə hazırdır.
"Transfermarkt" Pedronun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Hücumçu cari Premyer Liqa mövsümündə 27 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Xabi Alonso: "Oyunçu olmaq məşqçi olmaqdan yaxşıdır"
- "Barselona" bu il La Liqada ilk dəfə məğlub olub
- Füzuli Məmmədov: "Qarabağ" bu cür rəqiblərə öyrəşib" - Açıqlama
- Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
- Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc
0
0