"Çelsi" "Yuventus"dan forvard almaq istəyir
23.06.2025 - 13:55
"Yuventus"da icarə əsasında çıxış edən PSJ-nin mərkəz hücumçusu Randal Kolo-Muani İngiltərə Premyer Liqasının aparıcı klubuna keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı hücumçunun xidmətində Londonun “Çelsi” klubu maraqlıdır.
"Mavilər"in nümayəndələri 26 yaşlı futbolçunun potensial transferi ilə bağlı Paris nəhəngi ilə danışıqlara başlayıb.
Lakin "Yuventus" Kolo-Muanini daha bir mövsüm komandada saxlamaq istəyir.
- "Liverpul"dan antirekord
- Aslan Kərimov: "Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq" - Açıqlama
- "Real"da ciddi itki: "Olimpiakos"la oyunu buraxacaq
- Millimizin üzvü Avropa çempionatının I seçmə mərhələsinin ən yaxşı futbolçusu seçilib
- "Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir
0
0