“Çelsi”nin mərkəz müdafiəçisi Aksel Disasi karyerasını davam etdirmək üçün yeni variantlar axtarır.
Apasport.az xəbər verir ki, 27 yaşlı fransız futbolçu uzun müddətdir London klubunun əsas heyətindən kənarda qalıb. “Mavilər”in qış transfer pəncərəsində müdafiəçi ilə yollarını ayırmağı planlaşdırdığı bildirilir.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Disasinin yanvar ayında komandadan ayrılması qaçılmazdır.
Mənbənin məlumatına əsasən, Aksel Disasinin xidmətləri “Milan”a təklif olunub. Tərəflər arasında satınalma hüququ ilə icarə variantı müzakirə edilir.
Qeyd edək ki, “Transfermarkt” portalı Aksel Disasinin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
- “Səbail” heyətini yeni qapıçı ilə gücləndirib
- "Atletiko" "Bayer"in müdafiəçisini transfer edəcək
- "Real"da itki: "Vilyarreal" ilə oyunu buraxacaq
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- "Real Madrid" illik 100 milyon avro dəyərində yeni müqavilə imzalaya bilər