"Çelsi"nin hücumçusu klubunu dəyişə bilər
27.05.2025 - 13:17
"Çelsi"nin hücumçusu Kristofer Nkunku İngiltərə Premyer Liqasının başqa klubunda çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, “Tottenhem” 27 yaşlı fransalı forvardın xidmətində maraqlıdır.
"Transfermarkt" Nkunkunun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Kristoferin "Çelsi" ilə hazırkı müqaviləsi 2029-cu ildə başa çatacaq. O, bu mövsüm Premyer Liqada 27 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
- “Mançester Yunayted” Kobbi Mainunu transfer etmək istəyir
- Raşford Çempionlar Liqasında Bekhemin göstəricisini təkrarlayıb
- “Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0