Çempionlar Liqası: Noyer qol sevinci zamanı zədələndi
06.03.2025 - 13:52
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer"lə matçında zədələnib.
Apasport.az xəbər verir ki, 38 yaşlı almaniyalı qol sevinci zamanı sıradan çıxıb.
Belə ki, təcrübəli qolkiper Bavyera təmsilçisinin 2-ci qolunu qeyd edərkən budunda ağrı hiss edib.
Qarşılaşmaya davam edə bilməyən Noyeri 21 yaşlı Jonas Urbiq əvəzləyib.
Qeyd edək ki, görüş "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Çempionlar Liqasının ən yaxşı futbolçularının reytinqi - Siyahı
- Elvin Məmmədov: "Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm"
- "Real Madrid”in futbolçusu “İnter”in radarında
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
0
0