UEFA Çempionlar Liqasının ən yüksək reytinqə malik futbolçular bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə "WhoScored" portalı siyahı hazırlayıb.
Reytinqə 11 qolla "Real Madrid" klubunun hücumçusu Kilian Mbappe liderlik edir.
İkinci pillədə Almaniyanın "Bavariya" komandasının forvardı Harri Keyn, üçüncü yerdə isə onun komanda yoldaşı Maykl Olise qərarlaşıb.
Dördüncü və beşinci yerləri müvafiq olaraq "Atletiko Madrid"in hücumçusu Xulian Alvarez və "Liverpool"un yarımmüdafiəçisi Dominik Szoboszlai tutur.
6-10-cu pillələrdə isə Viktor Osimhen ("Qalatasaray"), Lamin Yamal ("Barselona"), Jens Hauge ("Bodo-Qlimt"), Xviça Kvaratsxeliya (PSJ) və Tibo Kurtua ("Real Madrid") yer alıb.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin son oyunları yanvarın 28-də keçiriləcək.
- Millimizin yekun heyəti açıqlanıb
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- "Arsenal" ulduz futbolçu ilə danışıqlara başlayıb
- "Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
- Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb