Dembele "İnter Mayami" ilə oyuna çıxacaq
26.06.2025 - 18:54
PSJ-nin vingeri Ousman Dembele zədədən sonra meydana qayıtmağa yaxındır.
Apasport.az xəbər verir ki, Dembele 1/8 finalda "İnter Mayami" ilə qarşılaşmada iştirak etməyə hazırdır.
28 yaşlı futbolçu demək olar ki, optimal vəziyyətdədir.
Ousman Dembele bu mövsüm 49 matçda 33 qol vurub və 15 məhsuldar ötürmə edib.
Qeyd edək ki, fransız futbolçu zədə səbəbindən parislilərin klublarası dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç matçı buraxıb.
- Güləşçilərimiz Avropa çempionatında iştirak edəcəklər
- Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər
- Erik Ramos: "Samir Abasova zaman vermək və inanmaq lazımdır" - Müsahibə
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
0
0