"Əl-Hilal" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlar aparır
07.05.2025 - 09:18
"Fulhem"in baş məşqçisi Marko Silva "Əl-Hilal"dan təklif alıb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Marko Silvanı komandaya cəlb edəcək.
İddialara görə, artıq tərəflər arasında danışıqlar gedir.
Marko Silva 2021-ci ilin yayından “Fulhem”i çalışdırır.
Qeyd edək ki, mayın əvvəlində Jorje Jesus Səudiyyə Ərəbistanı komandasının rəhbəri vəzifəsini tərk edib.
- Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
- "Borussiya"nın oyunçusu "Çelsi"nin əsas hədəfi olaraq qalır
- Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
- "Məktəblərdə Futbol Dərsi" layihəsi davam edir
- Premyer Liqa: "Çelsi"dən qələbə, "Liverpul" və "Arsenal"dan xal itkisi
0
0