
Ötən gün La Liqanın 35-ci turunda "Barselona" doğma meydanda "Real Madrid"i məğlub edib - 4:3.
Apasport.az xəbər verir ki, matç zamanı Kataloniya təmsilçisinin futbolçusu Fermin Lopez toru silkələsə də, qol qeyd alınmayıb.
Futbolçu əllə topa təmas etdiyi üçün qol qərarı ləğv edilib.
VAR otağında hakimlərdən biri "Real"ın lehinə qərar verildikdən sonra "çox şükür" deyərək sevinib.
İspaniyalı jurnalist Toni Juanmarti hadisə ilə bağlı "Barsa" rəhbərliyinin reaksiya verməli olduğunu bildirib:
"Yayımlanan audiolarda bütün səslər aydın şəkildə eşidilir. "Barsa" bununla bağlı izahat tələb etməlidir".
Qeyd edək ki, lider "Barselona" mövsümün bitməsinə 3 tur qalmış ən yaxın izləyicisi "Real"la xal fərqini 7-yə çatdırıb.
- Klub prezidenti: "Gənc oyunçular qələbəmizə böyük töhfə verdilər"
- Bu gün Yüksək Liqada XV turun oyunları keçiriləcək
- "Fənərbaxça" - "Trabzonspor" matçının hakimi bəlli olub
- Ağsu şəhər stadionunun ot örtüyü FIFA sertifikatına layiq görülüb
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb