Futbolda qanunsuz mərc iddiaları ilə bağlı aparılan istintaq davam edir.
Apasport.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq icraçı direktoru Erden Timur barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Erden Timur növbətçi məhkəməyə çıxarılıb və “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” ittihamı ilə həbs edilib.
Qeyd edək ki, istintaq futbolda qanunsuz mərc fəaliyyəti ilə bağlı iddialar əsasında aparılır və proses çərçivəsində bir sıra tanınmış şəxslər barəsində hüquqi tədbirlər görülüb.
- "Qalatasaray"da Musleranın yerinə namizəd: "Qarabağ"ın rəqibindən
- “Sabah” ölkə kubokunu qazanan 10-cu komanda olub
- Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir
- Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"
- "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"