"Fənərbaxça" Bundesliqadan müdafiəçi transfer edəcək
11.12.2025 - 12:54
“Fənərbaxça” qış transfer pəncərəsində müdafiə xəttini möhkəmləndirmək istəyir.
Apasport.az "Kicker" nəşrinə istinadla xəbər verir ki, "sarı-lacivərdli"lər “Union Berlin”in portuqaliyalı mərkəz müdafiəçisi Dioqo Leite ilə maraqlanır.
Almaniya klubunun 25 yaşlı futbolçunu satmağa hazır olduğu bildirilir.
Leitenin müqaviləsi yayda başa çatdığından, klub onun qış transferində satışından gəlir əldə etməyi hədəfləyir.
Portuqaliyalı stoper bu mövsüm Bundesliqada 11 oyunda çıxış edib.
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- Gimnastlarımız dünya kuboku seriyasının qalibi olublar
- "Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb
- İki taekvondoçumuz Niderlandda medal qazanıb
- Müller "Bavariya"nın heyətində 250-ci qolunu vurub
0
0