"Fənərbaxça" italyanları rədd etdi
11.07.2025 - 01:11
"Fənərbaxça"nın gənc ulduzu, müdafiəçi Yusuf Akçiçekə xarici klublardan maraq davam edir.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu üçün gələn təkliflər hələ ki,"Fənərbaxça" rəhbərliyini qane etməyib.
İtaliya "Bolonya"sı müdafiəçi üçün təklif göndərən son klub olub.
“TRT Spor”un məlumatına görə, İtaliya klubunun Yusuf Akçiçeklə bağlı ilk təklifi bonuslar da daxil olmaqla 15 milyon avroya çatmayıb.
Bu məbləğ "Fənərbaxça" rəhbərliyi tərəfindən rədd edilib.
"Bolonya" 15 milyon avroluq yeni təklif hazırlasa da, "Fənərbaxça"nın gözləntisi ən az 20 milyon avrodur.
- Kenan Yıldıza astronomik maaş təklifi
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək
- Güləşçimiz dünya çempionatının finalında
- Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşüb
0
0