"Qalatasaray" da daxil olmaqla bir çox komandanın heyətinə qatmaq istədiyi Viktor Osimhen "Fənərbaxça"nın da radarına düşüb.
Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" agentləri vasitəsilə İtaliya klubu ilə əlaqə yaradıblar.
"Fənərbaxça" "Napoli"yə Osimhenin müqaviləsində yer alan 75 milyon avroluq sərbəst qalma haqqını ödəməyə hazır olduqlarını bildirib.
Həmçinin "sarı-lacivərdlilər" Osimhenə "Qalatasaray"ın təklif etdiyindən daha yüksək məbləğ vəd ediblər.
Nigeriyalının hazırda icarə əsasında çıxış etdiyi "Qalatasaray" da "Napoli" ilə əlaqə saxlayıb və Osimhenin sərbəst qalma müddəasını 3 il ərzində ödəməyi təklif edib.
Qeyd edək ki, bu mövsüm bütün yarışlarda 38 matçda iştirak edən Viktor Osimhen 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Fənərbaxça" italyanları rədd etdi
- “Qırmızı şeytanlar”dan tarixi zərbə: “Arsenal”ın 121 oyunluq seriyası qırıldı
- "Roma" Omar Marmuş üçün "Tottenhem"lə yarışacaq
- “Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib
- 22 komanda Çempionlar Liqasına vəsiqə qazanıb - Siyahı